Stol, Stul, Stil.

Jest imtahanı

Jest imtahanından kəsildim

Dünən bütün gecə bağlamışam

İndi əlim-qolum bağlıdı

İncimişəm özümdən

Və indi bütün sularda

Bir incik saflığı var.

Pul hər şeyi həll edir

Amma mənim jest imtahanımdakı məsələmi həll etmədi

Məsələ onda deyil

Məsələn məni götürək

Kasıbın olmayanından danışaq biraz

Hər uğurlu kişinin arxasında bir sabun olan bu vaxtlarda

Pulun dul vaxtı

Məni unutdun

Bəxt üzüyüm itdi dünyam  daraldı

Mən sənə həmişə doğruları demişəm

Sən məni doqquz dəfə qovdun

Amma deyim ki,

Onuncu ölən ümidlərdir.

#vscocam #vsco #vscophile #vscoazerbaijan #aztagram

#vscocam #vsco #vscophile #vscoazerbaijan #aztagram

#vscocam #vsco #vscophile #vscoazerbaijan #aztagram

#vscocam #vsco #vscophile #vscoazerbaijan #aztagram